Təhsil naziri qan verib

Təhsil naziri qan verib 8 may Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib.
Elm və təhsil
8 May , 2019 13:04
Təhsil naziri qan verib

8 may Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib. 

Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Aksiyada Təhsil Naziri Ceyhun Bayramov, nazirliyin kollektivi və tabe qurumların əməkdaşları iştirak ediblər.

Qanvermə aksiyası Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.

Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər.

Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.

Son xəbərlər

Orphus sistemi