Bakı. 20 aprel. REPORT.AZ/ Respublika fənn olimpiadalarının final mərhələsi başa çatıb və olimpiadada iştirak edən məktəblilərin nəticələri açıqlanıb. Bu barədə "Report"a
Bu il ilk dəfə fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib.
Qeyd edək ki, şəffaflığı təmin etmək üçün şagirdlərin cavab vərəqələri kodlaşdırılaraq münsiflər heyətinə təhvil verilib. Müvafiq yoxlamadan sonra nəticələr müəyyənləşdirilib və Təhsil Nazirliyinin rəsmi internet saytında (