Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri açıqlanıb Bu il ilk dəfə fənn olimpiadaları üç mərhələdə keçirilib
Elm və təhsil
105515
20 Aprel , 2015 10:49
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri açıqlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Respublika fənn olimpiadalarının final mərhələsi başa çatıb və olimpiadada iştirak edən məktəblilərin nəticələri açıqlanıb. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Bu il ilk dəfə fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib.

Qeyd edək ki, şəffaflığı təmin etmək üçün şagirdlərin cavab vərəqələri kodlaşdırılaraq münsiflər heyətinə təhvil verilib. Müvafiq yoxlamadan sonra nəticələr müəyyənləşdirilib və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) və "Facebook" səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib. Nəticələrlə tanış olmaq üçün bu linkə (http://edu.gov.az/upload/file/respublika-olimpia-neticeler.pdf) daxil ola bilərsiniz.