Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB

Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunun Solquca kəndi ərazisində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
Ekologiya
23 Avqust , 2019 19:51
Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunun Solquca kəndi ərazisində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 23-də nazirliyin 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.


*** 17:21

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi