Yuxarı

Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB

​Qəbələdə meşə sahəsi yanır

Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunun Solquca kəndi ərazisində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 23-də nazirliyin 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.


*** 17:21

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi