​Yəməndə partlayış olub, 10 hərbçi həyatını itirib

​Yəməndə partlayış olub, 10 hərbçi həyatını itirib Partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb
Digər ölkələr
17 Fevral , 2016 15:11
​Yəməndə partlayış olub, 10 hərbçi həyatını itirib

Bakı. 17 fevral. REPORT.AZ/ Yəmənin müvəqqəti paytaxtı Ədənin şərqində yerləşən Ras-Abbas hərbi düşərgəsi yaxınlığındakı partlayış nəticəsində azı 10 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda "Al-Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə terrorçu-kamikadzenin partlayıcı qurğunu partlatması nəticəsində baş verib.

Xəbərdə bildirilib ki, ölənlərin çoxu Yəmən hökumətinin hərbçiləri və xalq qurtuluş dəstələrinin döyüşçüləridir.

"Al-Jazeere"nin məlumatına əsasən, partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi