Bakı. 17 fevral. REPORT.AZ/ Yəmənin müvəqqəti paytaxtı Ədənin şərqində yerləşən Ras-Abbas hərbi düşərgəsi yaxınlığındakı partlayış nəticəsində azı 10 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu haqda "Al-Arabia" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə terrorçu-kamikadzenin partlayıcı qurğunu partlatması nəticəsində baş verib.
Xəbərdə bildirilib ki, ölənlərin çoxu Yəmən hökumətinin hərbçiləri və xalq qurtuluş dəstələrinin döyüşçüləridir.
"Al-Jazeere"nin məlumatına əsasən, partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.