Polis Seul merinin ölüm xəbərini təkzib edib - YENİLƏNİB

Polis Seul merinin ölüm xəbərini təkzib edib - YENİLƏNİB Bu barədə Çin televiziyası məlumat yayıb
Digər ölkələr
9 İyul , 2020 17:19
Polis Seul merinin ölüm xəbərini təkzib edib - YENİLƏNİB

Cənubi Koreya polisi Seul meri Pak Von Sunun ölü halda tapılması barədə yayılan məlumatı təkzib edib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” Cənubi Koreyanın “Hanquk Kyonçje” qəzetinə istinadən məlumat verib.



***16:22

Koreya Respublikasının paytaxtı Seulun meri Pak Von Sun ölü tapılıb.

“Report” xəbər verir ki, bu barədə Çin televiziyası məlumat yayıb.

Polis merin itkin düşməsi barədə məlumat verildikdən sonra onun axtarışlarına başlamışdı. Polisə onun qızı müraciət edib. O, atasının bir neçə saat əvvəl evdən çıxdığını, kağıza vəsiyyətə bənzər qeydlər etdiyini və telefonuna zəng çatmadığını bildirib.

Polis əməkdaşları axtarış zamanı xidməti itlərdən və dronlardan istifadə edib.

İngilis versiyası Seoul mayor reported missing

Son xəbərlər

Orphus sistemi