İngiltərənin əmək naziri istefa verib

İngiltərənin əmək naziri istefa verib İngiltərənin əmək və pensiya naziri Amber Radd baş nazir Boris Cohnson ilə fikir ayrılıqları səbəbindən vəzifəsini və Mühafizəkarlar Partiyasını tərk edib.
Digər ölkələr
8 Sentyabr , 2019 03:47
İngiltərənin əmək naziri istefa verib

İngiltərənin əmək və pensiya naziri Amber Radd baş nazir Boris Cohnson ilə fikir ayrılıqları səbəbindən vəzifəsini və Mühafizəkarlar Partiyasını tərk edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb.

"Mən Nazirlər Kabinetini tərk etdim və Mühafizəkarlar Partiyası mandatından imtina etdim. Mən yaxşı, sadiq mühafizəkarların qovulmasına laqeyd qala bilmərəm", - deyə Radd bildirib.

Radd Mühafizəkarlar Partiyasında nüfuzlu şəxs idi, yaxın keçmişdə Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tutub və keçmiş baş nazir Tereza Meyin "sağ əli" olub.

Son xəbərlər

Orphus sistemi