Hindistanda neftayırma müəssisəsində yanğın olub, ölənlər var

Hindistanda neftayırma müəssisəsində yanğın olub, ölənlər var Hindistanın Mumbai şəhəri yaxınlığında ONGC dövlət neft qaz şirkətinə məxsus neftayırma müəssisəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, azı 11 nəfər də xəsarət alıb.
Digər ölkələr
3 Sentyabr , 2019 13:03
Hindistanda neftayırma müəssisəsində yanğın olub, ölənlər var

Hindistanın Mumbai şəhəri yaxınlığında ONGC dövlət neft qaz şirkətinə məxsus neftayırma müəssisəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, azı 11 nəfər də xəsarət alıb.

“Report” RT-ə istinadən xəbər verir ki, səhər saatlarında müəssisənin su drenaj sistemində əmələ gələn yanğın zamanı azı 8 nəfər işçi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yanğın və fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb edilib. Ətrafdakı sakinlər təxliyyə olunublar.

ONGC “Twitter” səhifəsində iki saatdan sonra yanğının söndürüldüyünü bildirib. Şirkətdən verilən məlumata görə, neft emalı işləri əvvəlki kimi davam etsə də, qaz emal üçün 330 kilometr məsafəsində Qucarat ştatında yerləşən başqa bir müəssisəyə nəql olunur. 

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi