Hindistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər ölüb

Hindistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər ölüb Hindistanın Maharaştra ştatında avtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər yaralanıb.
Digər ölkələr
19 Avqust , 2019 10:52
Hindistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər ölüb

Hindistanın Maharaştra ştatında avtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər yaralanıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Auranqabad şəhərindən Şahada yaşayış məntəqəsinə gedən avtobusda 45 sərnişin olub. Yaralılardan 8-nin vəziyyəti ağırdır.

Sərnişinlərin bəziləri yaralıları nəqliyyat vasitəsindən çıxaran yerli sakinlərin operativ addımları nəticəsində xilas edilib.

Son xəbərlər

Orphus sistemi