Çində daha 6 nəfər koronavirusa yoluxdu

Çində daha 6 nəfər koronavirusa yoluxdu Çində ötən sutka ərzində 2nəfərdə yeni növ koronavirusun aktiv forması və4simptomsuz yoluxma halı aşkarlanıb.
Digər ölkələr
11 İyul , 2020 06:55
Çində daha 6 nəfər koronavirusa yoluxdu

Çində ötən sutka ərzində 2 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb, müalicə alan 14 nəfər xəstəxanadan evə buraxılıb.

Bununla da Çində 83 587 şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 634 nəfər vəfat edib.

Hazırda xəstəxanalarda 330 pasiyent müalicə alır. Onlardan 71-i simptomsuz xəstədir.

Qeyd edək ki, iyunun 11-də 56 günlük aradan sonra "Sinfadi" bazarı ilə əlaqəli ilk yoluxma halı aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün paytaxtda karantin tədbirlərini sərtləşdirib. Pekində indiyədək 480 məntəqə üzrə təxminən 3 milyona yaxın adam testdən keçirilib.

Son xəbərlər

Orphus sistemi