​Almaniya qaçqınlar üçün bir milyard dollar ayıracaq

​Almaniya qaçqınlar üçün bir milyard dollar ayıracaq Rəsmi Berlin Avropa İttifaqına üzv olan başqa dövlətləri daha çox qaçqın qəbul etməyə çağırır
Digər ölkələr
12 İyun , 2015 16:59
​Almaniya qaçqınlar üçün bir milyard dollar ayıracaq

Bakı. 12 iyun. REPORT.AZ/ Almaniya hökuməti ölkəyə sığınan qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması və başqa sosial sahələrə uyğunlaşmaları üçün bir milyard dollar (1,2 milyard avro) maliyyə vəsaiti ayıracaq.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Xəbərə görə, bu il Almaniya 400 min məcburi köçkün qəbul edəcək ki, bu da 2014-cü ildəkindən iki dəfə çoxdur.

Məlumatda bildirilib ki, Almaniya Avropa İttifaqına üzv dövlətlər arasında ən çox qaçqın qəbul edən dövlətdir. Rəsmi Berlin birliyin başqa dövlətlərini daha çox qaçqın qəbul etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi