Aİ sammiti bu gün Böyük Britaniyanın baş nazirinin iştirakı olmadan keçirilir

Aİ sammiti bu gün Böyük Britaniyanın baş nazirinin iştirakı olmadan keçirilir Bugünkü iclasda Avropaya inteqrasiyanın aktivləşdirilməsinin yolları müzakirə edilir
Digər ölkələr
10 Mart , 2017 14:00
Aİ sammiti bu gün Böyük Britaniyanın baş nazirinin iştirakı olmadan keçirilir
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Brüsseldə baş tutan görüşü Böyük Britaniyanın Baş naziri Tereza Meyin iştirakı olmadan keçirilir.

"Report xəbər verir ki, diplomatik mənbələrdəki mənbənin RİA "Novosti"yə verdiyi məlumata görə, bugünkü iclasda iştirakçılar Avropaya inteqrasiyanın aktivləşdirilməsinin yollarını müzakirə etdiklərindən T.Meyin orada olmasına lüzum qalmayıb.

Belə ki, Böyük Britaniya Aİ-dən çıxış planını işə salmağa hazırlaşır. Böyük Britaniya hökumətinin martın sonuna qədər prosesə başlayacağı gözlənilir.

"Brexit" şərtləri ilə bağlı Aİ ilə danışıqlar təxminən iki il davam edəcək. Danışıqlarda əsas məsələlərdən biri də Böyük Britaniyada yaşayan Avropa vətəndaşlarının və qitədə yaşayan britaniyalıların statusu olacaq.

Son xəbərlər

Orphus sistemi