ABŞ-ın bir sıra şəhərlərində polis məscidlərin təhlükəsizliyini gücləndirib

ABŞ-ın bir sıra şəhərlərində polis məscidlərin təhlükəsizliyini gücləndirib Los-Anceles, Nyu-York və Minneapolis polisi məscidlərin təhlükəsizliyini gücləndirib
Digər ölkələr
15 Mart , 2019 11:10
ABŞ-ın bir sıra şəhərlərində polis məscidlərin təhlükəsizliyini gücləndirib
AFP

Yeni Zelandiyada məscidlərə edilən hücumlar barədə informasiyanın yayılmasından sonra ABŞ-ın Los-Anceles, Nyu-York və Minneapolis şəhərlərində polis məscidlərin təhlükəsizliyini gücləndirib.

"Report" xəbər verir ki, bu barədə CNN xəbər verib.

Minneapolis polisi şəhərin məscidləri üçün açıq təhlükə olmadığını, lakin təhlükəsizliyi təmin etmək üçün əlavə patrul dəstələri ilə təmin olunduğunu bildirib.

Los-Anceles polisi Yeni Zelandiyanın Kraystçörç şəhərində "Əl-Nur" və "Linvud" məscidlərinə hücumdan sonra öldürülənlərin ailələrinə başsağlığı verərək, şəhərdəki məscidlərin əlavə polis qüvvələri ilə təmin ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində 40 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralıların 20-dən çox ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi