ABŞ Polşaya İran və Çinlə əməkdaşlıqdan imtinaya görə hərbi bazalar təklif etmək niyyətindədir

ABŞ Polşaya İran və Çinlə əməkdaşlıqdan imtinaya görə hərbi bazalar təklif etmək niyyətindədir Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ Çin və İranla sıx əməkdaşlıqdan imtina etməsi müqabilində Polşa üçün hərbi bazaların yerləşdirilməsi təklifini hazırlayır.
Digər ölkələr
12 Fevral , 2019 15:14
ABŞ Polşaya İran və Çinlə əməkdaşlıqdan imtinaya görə hərbi bazalar təklif etmək niyyətindədir
France 24

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ Çin və İranla sıx əməkdaşlıqdan imtina etməsi müqabilində Polşa üçün hərbi bazaların yerləşdirilməsi təklifini hazırlayır.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Rzeczpospolita" qəzetinin məlumatına görə, ABŞ-ın dövlət katibi Maykl Pompeonun Macarıstan, Slovakiya və Polşaya səfərinin əsas məqsədi Çinin Mərkəzi Avropada artan təsirini dayandırmaq olacaq. Qəzet hesab edir ki, bu, Polşa üçün problem olacaq, çünki ölkə infrastruktur sahəsində Çin investisiyalarına bel bağlayır.

"Rzeczpospolita" yazır ki, amerikalılar həmçinin Varşavanın onları digər nüfuzlu ölkə - İran ilə qarşıdurmada da dəstəkləyəcəyini gözləyir.

"Çünki Polşa Xarici İşlər Nazirliyinin Tehranla açıq qarşıdurmanın qarşısını almağa çalışmasına baxmayaraq, Vaşinqton Varşava konfransının köməyi ilə, ilk növbədə, iranlıların Yaxın Şərqdə artan nüfuzunun qarşısını almaq niyyətində olduğunu gizlətmir", - yazıda bildirilib.

Qəzetin fikrincə, Polşanın xarici siyasətinin istiqamətini bu səmtə dəyişməsi son vaxtlar Fransa, Almaniya və digər Aİ ölkələri ilə münasibətlərdə yaranmış yaxşılaşmaya təsir edə bilər.

"Lakin hər şey onu göstərir ki, Polşa bunun qarşılığında ABŞ-dan mükafat alacaq. Hazırda ABŞ Polşada hərbi varlığını genişləndirməklə bağlı təklifini yaxşılaşdırmağa doğru yenidən nəzərdən keçirir", - qəzet yazıb.

Mənbənin sözlərinə görə, bu barədə Varşavada ABŞ-ın vitse-prezidenti Maykl Pens danışacaq, hərçənd Pentaqon yekun qərarını mart ayında açıqlayacaq.

Son xəbərlər

Orphus sistemi