İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib - FOTO

İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib - FOTO Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğlu İsveç Krallığında koronavirusdan (COVID-19) vəfat edib.
Diaspor
16 May , 2020 15:42
İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib - FOTO

Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğlu İsveç Krallığında koronavirusdan (COVID-19) vəfat edib.

Bunu "Report"un Avropa bürosuna İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand bildirib.

Əslən Neftçala rayonundan olan M.Hüseynov Stokholmda ötən gecə xəstəxanada vəfat edib. Ailəsi mərhumun Azərbaycana gətirilərək Vətəndə dəfn olunmasını istəyir. 

N.Hollenbrand qeyd edib ki, İsveçdə 47 yaşlı daha bir azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc də aprelin sonunda koronavirus pandemiyasından vəfat edib.

Məhərrəm Hüseynov
Məhərrəm Hüseynov

Son xəbərlər

Orphus sistemi