Prezident İlham Əliyev FHN əməkdaşlarına hərbi rütbə və fəxri adlar verilməsi barədə sərəncamlar imzalayıb - SİYAHI

Prezident İlham Əliyev FHN əməkdaşlarına hərbi rütbə və fəxri adlar verilməsi barədə sərəncamlar imzalayıb - SİYAHI Naxçıvan MR fövqəladə hallar nazirinin müavininə general-mayor hərbi rütbəsi verilib
Daxili siyasət
15 Dekabr , 2014 18:40
Prezident İlham Əliyev FHN əməkdaşlarına hərbi rütbə və fəxri adlar verilməsi barədə sərəncamlar imzalayıb - SİYAHI

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının (MR) fövqəladə hallar nazirinin müavini polkovnik Hikmət Kərim oğlu Kərimova general-mayor hərbi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Səxavət Böyükbala oğlu Əsədova “Əməkdar mühəndis” fəxri adı verilib.

Həmçinin Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Xalid Məhəmməd oğlu Nəcəfova “Əməkdar mühəndis” fəxri adı verilib.

Bundan əlavə, Azərbaycan Prezidenti xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə

Abdullayev İlham Əyyub oğlu

Abdullayev Qüdrət Həsən oğlu

Əsədov Füzuli Xanış oğlu

Qulamov Cahangir Rza oğlu

“3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə

Cəfərov Ramil Nazim oğlu

Qurbanov Afət Qənbər oğlu

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdullayev Şahin Mahmudağa oğlu

Aşurov Alik Zahidoviç

Bəkirli Sadiq Ramis oğlu

Cəfərov Zəfər İdris oğlu

Fətəliyev Elşən Alcan oğlu

Yolçuyev Mehman Alı oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Ağayev Saleh İldır oğlu

Baxşəliyev Emil Nadir oğlu

Cəbiyev Elxan Əjdər oğlu

Cəfərov Rüfət Əli oğlu

Əliyev Azər Əkrəm oğlu

Əliyev İsrayıl Məhərrəm oğlu

Quliyev Çingiz Eynulla oğlu

Nəsirov Rəşad Tağı oğlu

Səfərəliyev Kür Məcid oğlu

Teymurov Amal Kazım oğlu

Son xəbərlər

Orphus sistemi