Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının (MR) fövqəladə hallar nazirinin müavini polkovnik Hikmət Kərim oğlu Kərimova general-mayor hərbi rütbəsi verilməsi barədə sərəncam imzalayıb.
“Report” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Səxavət Böyükbala oğlu Əsədova “Əməkdar mühəndis” fəxri adı verilib.
Həmçinin Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Xalid Məhəmməd oğlu Nəcəfova “Əməkdar mühəndis” fəxri adı verilib.
Bundan əlavə, Azərbaycan Prezidenti xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
“2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə
Abdullayev İlham Əyyub oğlu
Abdullayev Qüdrət Həsən oğlu
Əsədov Füzuli Xanış oğlu
Qulamov Cahangir Rza oğlu
“3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə
Cəfərov Ramil Nazim oğlu
Qurbanov Afət Qənbər oğlu
“Hərbi xidmətlərə görə” medalı ilə
Abdullayev Şahin Mahmudağa oğlu
Aşurov Alik Zahidoviç
Bəkirli Sadiq Ramis oğlu
Cəfərov Zəfər İdris oğlu
Fətəliyev Elşən Alcan oğlu
Yolçuyev Mehman Alı oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Ağayev Saleh İldır oğlu
Baxşəliyev Emil Nadir oğlu
Cəbiyev Elxan Əjdər oğlu
Cəfərov Rüfət Əli oğlu
Əliyev Azər Əkrəm oğlu
Əliyev İsrayıl Məhərrəm oğlu
Quliyev Çingiz Eynulla oğlu
Nəsirov Rəşad Tağı oğlu
Səfərəliyev Kür Məcid oğlu
Teymurov Amal Kazım oğlu