Pandemiya dövründə 1 000-dək məhkum vaxtından əvvəl azadlığa buraxılıb

Pandemiya dövründə 1 000-dək məhkum vaxtından əvvəl azadlığa buraxılıb Pandemiya dövründə 1 000 nəfərədək &məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.
Daxili siyasət
7 İyul , 2020 13:06
Pandemiya dövründə 1 000-dək məhkum vaxtından əvvəl azadlığa buraxılıb
0 : 00
0 : 00

Pandemiya dövründə 1 000 nəfərədək  məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə keçirilən videokonfransda bildirilib.

Həbs edilmiş 429 şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Qeyd edək ki, Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15 yaxın dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə "Ədliyyə orqanlarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri" mövzusunda videokonfrans formatında görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi