Əli Həsənov: "Azərbaycan Avropanın enerji tələbatının ödənilməsi sahəsində ən ümidverici tərəfdaş sayılır"

Əli Həsənov: "Azərbaycan Avropanın enerji tələbatının ödənilməsi sahəsində ən ümidverici tərəfdaş sayılır" "Bu mövqe getdikcə güclənir"
Daxili siyasət
7 May , 2015 13:23
Əli Həsənov: Azərbaycan Avropanın enerji tələbatının ödənilməsi sahəsində ən ümidverici tərəfdaş sayılır

Bakı. 7 may. REPORT.AZ/ “Hazırda Azərbaycan Xəzər dənizinin digər sahillərində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli və ümidverici tərəfdaş hesab olunur”. “Report”un məlumatına görə, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Azərbaycan müasir dünyada” konfransında çıxış edən Ə.Həsənov bildirib ki, dünyada alternativ enerji mənbəyi heab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsulun dünya bazarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır: “Bu anlamda Azərbaycanın özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi sahəsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə ölkənin enerji ixracı riskləri çox aşağı səviyyədədir". 

Onun fikrincə, hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən 3 neft kəməri və Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kubmetr olan maye qaz kəmərinin mövcudluğu, Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini sıfıra endirib: "Avrasiyanın ən tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji, yanacaq və nəqliyyat kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir".

Son xəbərlər

Orphus sistemi