“Tədbirlər planına uyğun olaraq, ilk növbədə, zərərçəkmiş sahələrə xüsusi dəstəklər göstərildi. Növbəti mərhələdə də həmin tədbirlər planında nəzərdə tutulmuş dəstək davam etdiriləcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:
“Eyni zamanda, deyildiyi kimi, zərərçəkən sektorların siyahısında müəyyən dəyişikliyə ehtiyac yaranır. Çünki müddət uzandıqca sahələrin sayı artır”.
O qeyd edib ki, burada müvafiq dəstək göstərilməsi nəzərdə tutulur.
Prezidentin köməkçisi bununla bağlı işlər aparıldığını əlavə edib.