Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib

Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib Bakı. 30 mart. REPORT.AZ/ Martın 26-da Bərdə rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib.
ASK
30 Mart , 2018 09:36
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ Martın 26-da Bərdə rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, iclasda qurumun məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Rayon Bitki Mühafizə şöbələrinin rəisləri iştirak ediblər.

Nazir Heydər Əsədov pambıqçılığının inkişafı ilə bağlı qarşıya qoyulmuş tapşırıq və vəzifələr, son illərdə aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı aparılan siyasət, ölkə prezidentinin imzaladığı fərman və sərəncamlar, keçirilmiş müşavirələr, qəbul olunmuş Dövlət Proqramları barədə danışıb.

İclasda pambığın məhsuldarlığının elmi əsaslarla artırılması istiqamətində ciddi dönüş yaradılması, pambıq istehsalı ilə məşğul olan fermerlərin qeydiyyatının aparılması, torpaq sahələrinin koordinatlarının vurulması və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsinin təmin edilməsi, regionlarda vaxtaşırı seminar və müşavirələrin keçirilməsi, əkin yerlərinin düzgün seçilməsi, pambığın suvarılması üçün suvarma suyundan səmərəli istifadə olunması, aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, aidiyyəti xidmət sahələrinin işlərinin koordinasiya olunmuş şəkildə təşkil olunması, pestisidlərin düzgün seçilməsi və istifadə qaydalarına düzgün əməl olunması, texniki xidmətin təşkilinin daha da artırılması, qısa müddətdə fermerlərin müvafiq texnikalarla təmin olunması və bu sahədə ciddi dönüş yaradılması, bütövlükdə pambıqçılıqla məşğul olan fermer və sahibkarların bütün ehtiyaclarının vaxtında və yerində ödənilməsi məsələləri geniş müzakirə olunub.

Pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi və tələb olunan texnika və avadanlıqlarla vaxtında təmin olunması üçün “Aqrolizinq” ASC-yə, həmçinin pambıqçılıqda tətbiq olunan kimyəvi preparatlarından vaxtında və düzgün istifadə olunması barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə və Nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.

Sonda pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin pambıq səpininə hazırlığın mövcud vəziyyəti barədə məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi