Bakı. 27 iyun. REPORT.AZ/ "
"Report"un məlumatına görə, 75 kq çəkidə ikinci olan idmançı döyüşün bərabər keçdiyini deyib:
"Qalibi mühakimə etmirlər. Başqa heç nə deyə bilmərəm. Hər şey Allahın əlindədir, deməli belə olmalı idi. Mən əlimdən gələni etmişəm. Mən maksimalist insanam. Gümüş medal elə də yaxşı deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə medal almamaq daha yaxşı olardı. Təskinlikverici odur ki, Dünya çempionatına vəsiqə qazandım. İnşallah orda Olimpiadaya vəsiqə qazanmağa çalışacağam".