Yuxarı

​UNİCEF: “Bakı-2015”in Azərbaycandakı uşaqlar və gənclər üçün vacib addım olduğuna inanırıq

“Azərbaycanda uşaqların 90 faizindən çoxu idmanı həyat üçün vacib amillərdən hesab edir”

Bakı. 20 iyun. REPORT.AZ/ Böyük Britaniyanın “The Guardian” qəzeti UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirierin həmin mətbuat orqanının “Bakı-2015” birinci Avropa Oyunları barədə beynəlxalq təşkilatın mövqeyi ilə bağlı həqiqətə uyğun olmayan məqaləsinə cavab məktubunu dərc edib. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, cavab məktubunda bildirilir: “UNİCEF beynəlxalq idman tədbirlərinin Azərbaycandakı uşaqların diqqətini daha təhlükəsiz və əhatəli idman çağırışlarına cəlb edəcəyinə inanır. Əminliklə deyə bilərik ki, “Bakı-2015” ilə bu proses artıq başlayıb. Bu Oyunların yaratdığı fürsətdən yararlanan UNİCEF on beş mindən artıq uşaq və gənc arasında onlayn müşavirə keçirib. Bu tədbir sayəsində uşaqlar hökumət rəsmilərinə əhatəli və təhlükəsiz idman haqqında fikirlərini bildiriblər. Azərbaycanda uşaqların 90 faizindən çoxu idmanı həyat üçün vacib amillərdən hesab edir.

UNİCEF “Bakı-2015”in Azərbaycandakı uşaqlar və gənclər üçün vacib addım olduğuna inanır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi