Türkiyə Güləş Federasiyası: "Allahım, dünyanın ən gözəl iki bayrağını dalğalandırmağı bizə nəsib et"

Türkiyə Güləş Federasiyası: "Allahım, dünyanın ən gözəl iki bayrağını dalğalandırmağı bizə nəsib et" "Sənin barmağın qanasa, bizim canımız yanar, Azərbaycan"
Avropa Oyunları
18 İyun , 2015 18:10
Türkiyə Güləş Federasiyası: Allahım, dünyanın ən gözəl iki bayrağını dalğalandırmağı bizə nəsib et

Bakı. 18 İyun. REPORT.AZ/ Türkiyə Güləş Federasiyası (TGF) Ramazan bayramı ilə əlaqədar mesaj yayımlayıb. "Report"un məlumatına görə, qurumun rəsmi saytında "Bakı 2015" I Avropa Oyunlarında bu gün ölkə himninin səsləndirilməsi arzulanıb.

Mesajda deyilir: "Allahım! Bu müqəddəs Ramazan günündə dünyanın ən gözəl iki bayrağını dalğalandırmağı və qardaş ölkəmiz Azərbaycanda İstiqlal marşımızı oxutmağı bizə nəsib et".

"Bakı 2015"də Türkiyəni 125 kq çəki dərəcəsində təmsil edən Taha Akgül finala vəsiqə qazanıb. O, həlledici görüşdə belaruslu Aleksey Şemarovla üz-üzə gələcək. Eyni çəkidə bürünc medal qarşılaşmasında isə Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov slovakiyalı Soslan Qaqloyevlə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün 57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə türkiyəli Sezar Akgül yarımfinalda Azərbaycanın sərbəst güləşçisi Yaşar Əliyevi məğlub etdikdən sonra iki ölkə bayrağı ilə dövrə vurub. TGF isə S.Akgülün Y.Əliyevə təsəlli verdiyi fotonu paylaşaraq, "Sənin barmağın qanasa, bizim canımız yanar, Azərbaycan" sözlərini yazıb. 

Son xəbərlər

Orphus sistemi