Tomas Bax: "Bir daha əmin oldum ki, Avropa Oyunlarına hazırlıqlar yüksək səviyyədə təşkil olunub"

Tomas Bax: "Bir daha əmin oldum ki, Avropa Oyunlarına hazırlıqlar yüksək səviyyədə təşkil olunub" Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakını tərifləyib
Avropa Oyunları
20 Noyabr , 2014 15:04
Tomas Bax: Bir daha əmin oldum ki, Avropa Oyunlarına hazırlıqlar yüksək səviyyədə təşkil olunub

Bakı. 20 noyabr. REPORT.AZ/ "Bakıya gələndən sonra bir daha əmin oldum ki, Avropa Oyunlarına hazırlıqlar yüksək səviyyədə təşkil olunub. Fikrimcə, bu, Azərbaycanın imici, tanınması baxımından çox vacib hadisə olacaq və Azərbaycanın dünya idmanına töhfəsi sayılacaq". "Report"un məlumatına görə, bu barədə Bakıda səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax brifinqdə bildirib.

Ermənistan tərəfinin Avropa Oyunlarında iştirakı barədə danışan T.Bax bildirib ki, "Bakı-2015"də iştirak edəcək bütün Avropa ölkələri üçün Azərbaycan paytaxtında heç bir maneə olmayacaq: "Məhz idman elə bir vasitədir ki, bütün xalqlar, ölkələr arasında körpü rolunu oynayır. İnsanlar idman vasitəsilə bir araya gəlir və barış əldə etməyə başlayır".

T.Bax Bakı barədə təəssüratlarını da bölüşüb: "Həqiqətən də böyük inkişaf gedir. Bu barədə eşitmişdim. Amma ilk səfərimdəcə bu inkişafı gözlərimlə görə bildim. Bununla yanaşı, ölkənizdə idmana göstərilən diqqət və bu sahənin inkişafı məni çox mütəəssir etdi. Ona görə də səfərimi çox vacib hesab edirəm. Eyni zamanda düşünürəm və gördüklərim əsasında qeyd edə bilərəm ki, Azərbaycanı işıqlı, parlaq gələcəyə aparan yollardan ən əsası idmandır. Çünki idman gənclərin inkişafına kömək edir".

Son xəbərlər

Orphus sistemi