Bakı. 9 İyun. REPORT.AZ/ "İlk Avropa Oyunlarının keçiriləcəyi Bakıya gəlişimi səbirsizliklə gözləyirəm. Mən Atletlər Kəndinə gələcəyim anın tezliklə baş verməsini istəyirəm". "Report" İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə ingilis taekvondoçusu, Böyük Britaniya komandasının tərkibində 2012-ci il London Olimpiya Oyunlarında bürünc medal qazanan Lutalo Məhəmməd bildirib.
İdmançı bildirib ki, o, yarışlardan əvvəl diqqətini tam olaraq bu tədbirə cəmləmək istəyir. "Mən bu böyük idman yarışlarında iştirak etmək üçün ora yollanıram və bunu səbirsizliklə gözləyirəm, güman edirəm ki, bu, möhtəşəm bir idman hadisəsi olacaq", - L.Məhəmməd qeyd edib.
"Bu, gələn ilə hazırlıq keçməyimiz baxımından çox vacibdir. Avropada taekvondo üzrə güclü komandalar var və yarışlarda qələbə qazanmaq heç də asan olmayacaq", - idmançı bildirib.