Yuxarı

​Suya tullanma üzrə Rusiya yığmasının I Avropa Oyunları üçün heyəti açıqlanıb

Bakıya 9 idmançı ilə çıxış edəcək

Bakı. 25 may. REPORT.AZ/ Suya tullanma üzrə Rusiya milli komandası "Bakı 2015" I Avropa Oyunlarına 9 idmançı ilə qatılacaq. "Report"un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Oleq Zaytsev yerli jurnalistlərə açıqlamasında bildirib.

Kişilərdən İlya Molçanov, Nikita Nikolayev, Aleksandr Belevtsev, Nikita Şleyxer, qadınlardan isə Yekaterina Nekrasova, Mariya Polyakova, Yelena Çyornıx, Anna Çuynışena və Yuliya Timoşinina Oyunlarda qüvvəsini sınayacaq.

O.Zaytsev bildirib ki, komanda iyunun 13-də Moskvadan Bakıya yola düşəcək. Baş məşqçi hədəflərini də açıqlayıb. Onun sözlərinə görə, idmançılar Bakıda 2 qızıl, 1 gümüş və 2 bürünc medal üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, I Avropa Oyunlarında suya tullanma üzrə yarışlar iyunun 18-də start götürəcək və 4 gün davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi