Sotomayor: "Sevinirəm ki, mənə bu cür dəstək verən xalqın bayrağını qaldırdım"

Sotomayor: "Sevinirəm ki, mənə bu cür dəstək verən xalqın bayrağını qaldırdım" Kollazo Sotomayor çempionluğu şərh edib
Avropa Oyunları
26 İyun , 2015 20:38
Sotomayor: Sevinirəm ki, mənə bu cür dəstək verən xalqın bayrağını qaldırdım

Bakı. 26 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanan Kollazo Sotomayor döyüşdən sonra jurnalistlərə açıqlama verib. "Report"un məlumaıtna görə, Azərbaycanı 64 kq çəkidə təmsil edən əlcək sahibi xoşbəxt olduğunu deyib:

"Avropa Oyunlarında birinci yeri tutduğum üçün çox xoşbəxtəm. Mənə qarşı gözəl rəftar, münasibət oldu. Bu səbəbdən sevinirəm ki, mənə bu cür dəstək verən xalqın bayrağını qaldırdım".

Qeyd edək ki, Kollazo Sotomayor 64 kq çəkidə final görüşündə italiyalı Vinçenzo Manqiakapreni 2:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi