Azərbaycan boksçusu: "Məqsədim erməniyə qalib gəlmək idi, qələbə də qazandım"

Azərbaycan boksçusu: "Məqsədim erməniyə qalib gəlmək idi, qələbə də qazandım" Yarışa yaxşı hazırlaşmışıq. Mən də yaxşı formadayam. Məqsədim çıxışımı uğurla başa vurmaqdır.
Avropa Oyunları
22 İyun , 2019 19:35
Azərbaycan boksçusu: Məqsədim erməniyə qalib gəlmək idi, qələbə də qazandım

"Yarışa yaxşı hazırlaşmışıq. Mən də yaxşı formadayam. Məqsədim çıxışımı uğurla başa vurmaqdır".

Bunu "Report"un Minskə ezam olunmuş əməkdaşına açıqlamasında II Avropa Oyunlarına qələbə ilə başlayan Azərbaycan çempionu Lorenzo Sotomayor deyib.

69 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı "Minsk 2019"a qələbə ilə başlayıb. O, 1/16 final çərçivəsində ermənistanlı Qurqen Madoyana 5:0 hesabı ilə qalib gəlib.

Sotomayor bildirib ki, rəqibi üzərində inamlı qələbəsində məşqçilər korpusunun da lazımi tövsiyələri rol oynayıb:

"İlk qarşılaşma bir qədər çətin olur. Mən də rəqibimi kifayət qədər analiz etmişdim. Bu cəhətdən də görüşdə ciddi çətinlik çəkmədim. Məqsədim erməniyə qalib gəlmək idi və 5:0 hesabı ilə qələbə qazandım".

Kubalı legioner 1/8 finalda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək. Sotomayorun sözlərinə görə, məqsədi tək bu görüşdə deyil, bütün qarşılaşmalarda qalib olmaqdır:

"Növbəti görüşdəki rəqibimi demək olar ki, tanımıram. Amma döyüşünə baxdım. Ona da qalib gəlmək istəyirəm. Hədəfim Bakı-2015-də olduğu kimi, yenə Avropa Oyunlarının çempionu olmaqdır".

Son xəbərlər

Orphus sistemi