Bakı. 25 iyun. REPORT.AZ/ "Bu yarışa çox ciddi hazırlaşmışam. Bütün görüşlərimi qələbə ilə başa vurmuşam". "Report"un məlumatına görə, bunu Azərbaycanı "
Sablya növü üzrə yarışda A qrupunun lideri kimi 1/16 finala yüksələn S.Bünyatova jurnalistlərə açıqlamasında çıxışını dəyərləndirib. O bildirib ki, döyüşlər heç də asan keçmir: "Rəqiblərim zəif deyil, güclüdürlər. Buna baxmayaraq, qələbə üçün çalışacağam".
Sevinc Bünyatova bacısı Sevil Bünyatovadan da uğurlu çıxış gözlədiyini bildirib: "İnanıram ki, Sevil də qələbə qazanacaq və növbəti mərhələlərə birgə yüksələcəyik".
Qeyd edək ki, Sevinc Bünyatova A qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb. O, 1/16 finalda rəqibinin olmaması səbəbindən birbaşa 1/8 finala yüksəlib. S.Bünyatovanın növbəti rəqibi Rebekka Qarqano (İtaliya) olacaq. Onun bacısı Sevil Bünyatova isə qrup mərhələsində 5 görüşündən 4-nü qələbə ilə başa vuraraq ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb. O, 1/16 finalda polşalı Maqdalena Pasternakı, 1/8 finalda rusiyalı Mariya Rideli məğlyb edərək 1/4 finala yüksəlib.