Yuxarı

Səfir: "ABŞ insanları bir araya gətirməkdə idmandan istifadə etmək fikrini dəstəkləyir"

Biz bütün iştirakçılara və Azərbaycan idmançılarına uğurlar arzulayırıq

Bakı. 10 may. REPORT.AZ/ ABŞ insanlar arasında körpü qurmaq, onları bir araya gətirməkdə idmandan istifadə etmək fikrini dəstəkləyir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Avropa Oyunları ilə bağlı fikirlərini bildirərkən deyib. 

"Birləşmiş Ştatlar Avropada yerləşmədiyi üçün bu oyunlarda iştirak etməyəcək. Amma biz bütün iştirakçılara və Azərbaycan idmançılarına uğurlar arzulayırıq", - səfir deyib. 

Səfir Avropa oyunları ərəfəsində Azərbaycana Amerikanın müxtəlif siyasi dairələrindən edilən təzyiqlərə olan münasibət bildirib: "Digər ölkələr də ABŞ-da insan haqları məsələsini tənqid və təhlil edirlər. Hesab edirəm ki, burada qəbahətli heç nə yoxdur və bu cür tənqid və təhlil bütün ölkələr arasında dialoqun bir hissəsidir".

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səfir qeyd edib ki, danışıqlara məsul olan Minsk qrupunun həmsədrləri bu il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil etmək üçün iki ölkənin xarici işlər nazirləri ilə görüşlər keçiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi