Bakı. 24 iyun. REPORT.AZ/ "Dünən Avropa Oyunlarında 7 yarış baş tutub. Yekunlaşan idman növlərinin keçirildiyi məkanlar ənənəvi formasına qaytarılır. Bu günə qədər 173 çempiona qızıl medal təqdim olunub. Bu gün ərzində isə 21 dəst medal öz sahibini tapacaq. Bunlardan 2-si qılınc oynatma, 9-u üzgüçülük, 5-i cüdo, 5-i isə boks idmanı üzrə olacaq". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, dünən 7 idman növü üzrə yarışları 18 700-dən çox tamaşaçı izləyib: "Bu da orta tamaşaçı tutumunun 81 faizi deməkdir. 3 317 idmançı və rəsmi Atletlər kəndində hələ də yaşayır. Bu da rekord səviyyədən təxminən 2 qat azdır".
S.Kleqq əlavə edib ki, bu gün cüdo üzrə yarışlar başlayır: "Bu gün Heydər Əliyev arenasında gözəl yarışların keçəcəyinə inanırıq. Dünən qazanılan və bu gün sahibini tapacaq medalların sayı çoxdur. Bunun da medal cədvəlinə təsiri olacaq. Eyni zamanda "
Baş direktor qeyd edib ki, dünən çimərlik futbolu üzrə ilk yarış keçirilib: "Yarışları izlədim və məkan çox gözəl hazırlanmışdı. Bu, hazırlıq işlərinin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu gün voleybol üzrə yarımfinal keçiriləcək və Azərbaycan yığması Türkiyə ilə qarşılaşacaq. Sabah keçiriləcək oyunlarda təxminən 29 minə yaxın tamaşaçının iştirak edəcəyini gözləyirik".