​Saymon Kleq "BDU-nun Fəxri qonağı" mükafatı ilə təltif olunub

​Saymon Kleq "BDU-nun Fəxri qonağı" mükafatı ilə təltif olunub Universitetdə "Bakı 2015" I Avropa Oyunlarına dəstək tədbiri keçirilib
Avropa Oyunları
26 May , 2015 15:23
​Saymon Kleq BDU-nun Fəxri qonağı mükafatı ilə təltif olunub

Bakı. 26 may. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) ""Bakı 2015" I Avropa Oyunlarına dəstək" adlı tədbir keçirilib. 

BDU-nun Mətbuat və informasiya şöbəsindən "Report"a verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov ilk Avropa Oyunlarının təşkili və görülən işlər barədə danışıb, Bakının Oyunlara tam hazır olduğunu bildirib.

A.Məhərrəmov bildirib ki, bu hazırlığın kökündə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın davamlı olaraq Oyunların keçiriləcəyi obyektlərə, idman qurğularına baş çəkməsi, eyni zamanda, idmançılara göstərdikləri diqqət və qayğı dayanır.

Rektorun sözlərinə görə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə əsas səbəblərdən biri güclü beynəlxalq nüfuzun, Azərbaycan əhalisinin Oyunların Bakıda keçirilməsini arzulaması və dəstəkləməsi, eyni zamanda, ölkədə yaradılmış idman infrastrukturunun dünya standartlarına cavab verməsi ilə bağlıdır.

Daha sonra "Bakı 2015" Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, BDU-nun könüllüləri adından tarix fakültəsinin I kurs tələbəsi Səadət Qarayeva və coğrafiya fakültəsinin III kurs tələbəsi Eltac Cəbiyev çıxış ediblər.

Tələbələr qeyd ediblər ki, "Bakı 2015" Avropa idman tarixində yeni səhifə açacaq. Bu tarixin açılmasına və yazılmasına Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, Azərbaycan ictimaiyyəti və minlərlə könüllü gənc dəstək verəcək.

Tədbirdə "Bakı 2015" I Avropa Oyunları haqda videoçarxlar nümayiş etdirilib və BEGOC-un əməliyyatlar üzrə baş direktoru S.Kleq “BDU-nun Fəxri qonağı” mukafatı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi