Rusiya Olimpiya Komitəsinin rəhbəri: Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarını maraqla gözləyirik

Rusiya Olimpiya Komitəsinin rəhbəri: Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarını maraqla gözləyirik "Oyunların Təşkilat Komitəsi müntəzəm olaraq RF Olimpiya Komitəsi ilə təmasdadır və komitə məsləhət və tövsiyələri ilə yardım edir"
Avropa Oyunları
16 Dekabr , 2014 10:07
Rusiya Olimpiya Komitəsinin rəhbəri: Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarını maraqla gözləyirik

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda keçiriləcək  Avropa Olimpiya Oyunları-2015 haqqında fikirləri ilə paylaşıb. 

"Report" "Rossiyskaya Qazeta"ya istinadən xəbər verir ki, A.Jukov Oyunların Təşkilat Komitəsinin müntəzəm olaraq Rusiya Olimpiya Komitəsi (ROK)  ilə təmasda olduğunu və komitənin lazım gəldikdə, məsləhət və tövsiyələr verdiyini qeyd edib.

"Bu Oyunları maraqla gözləyirik. Bir sıra idman növləri beynəlxalq federasiyalarda çoxdan təsdiqlənmiş təqvimi Bakıdakı oyunlar üçün dəyişdirmədilər. Rusiya yığması ayrı-ayrı idman növlərində ən yaxşı gənclər ilə təmsil olunacaq. Avropa Oyunlarının Afrika, Asiya və ya Panamerika oyunları kimi mühüm idman hadisəsi olub-olmayacağı hələ məlum deyil. Lakin bunun üçün bütün imkanlar mövcuddur", - ROK rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi