​Kollazo Sotomayor: "Qızıl medal qazanacağıma əminəm"

​Kollazo Sotomayor: "Qızıl medal qazanacağıma əminəm" "Finaldakı rəqibimi tanımıram"
Avropa Oyunları
25 İyun , 2015 15:39
​Kollazo Sotomayor: Qızıl medal qazanacağıma əminəm

Bakı. 25 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında boks yarışının finalına yüksələn Azərbaycanı təmsil edən boksçu Kollazo Sotomayor sevincini jurnalistlərlə bölüşüb. "Report"un məlumatına görə, 64 kq çəki dərəcəsində çıxış edən əlcək sahibi qızıl medal qazanacağına inandığını bildirib.

"Finaldakı rəqibimi tanımıram. Onunla heç vaxt qarşılaşmamışam. Amma özümə inanıram. Qızıl medal qazanacağıma əminəm", - 30 yaşlı boksçu bildirib.

Qeyd edək ki, Kollazo Sotomayor yarımfinalda ukraynalı Viktor Petrovu məğlub edib - 3:0. Həlledici görüşdə onun rəqibi italiyalı Vinçentso Mangiakapre olacaq.

Son xəbərlər

Orphus sistemi