Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Oyunlarında Belçikaya qalib gəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Oyunlarında Belçikaya qalib gəlib Görüş Azərbaycanın 3:2 hesablı qələbəsi ilə başa çatıb
Avropa Oyunları
19 İyun , 2015 22:36
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Oyunlarında Belçikaya qalib gəlib

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması "Bakı 2015" I Avropa Oyunları çərçivəsində qrup mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, "A" qrupunda mübarizə aparan Azərbaycan voleybolçuları Belçika millisi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüş sonda millimizin 3:2 hesablı (25:21, 22:25, 25:20, 21:25, 15:6 ) qələbəsi ilə başa çatıb. 

*** 22:20

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Belçika yığmaları arasında voleybol matçında 4-cü set başa çatıb.

"Report" xəbər verir ki, 4-cü setdə Belçika voleybolçuları Azərbaycan üzərində voleybolçuları 25:21 hesabı ilə qalıb gələrək oyunda tarazlığı təmin ediblər - 2:2.

*** 21:43

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Belçika yığmaları arasında voleybol matçında 3-cü set yekunlaşıb.

"Report" xəbər verir ki, 3-cü setdə Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalıb gələrək üstünlüyü ələ alıb  - 2:1.

*** 21:10

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Belçika yığmaları arasında voleybol matçında 2-ci set yekunlaşıb.

"Report" xəbər verir ki, qonaq komanda 25:22 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib - 1:1.

*** 20:31

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Belçika yığmaları arasında voleybol matçında ilk set yekunlaşıb. "Report"un məlumatına görə, təşkilatçı ölkənin komandası 25:21 hesabı ilə qalib gəlib - 1:0.

*** 20:09

Bu gün "Bakı 2015" I Avropa Oyunları çərçivəsində növbəti voleybol oyunu keçirilir. "Report" xəbər verir ki, A qrupunda yer alan qadınlardan ibarət Azərbaycan millisi Belçika yığması ilə qarşılaşır.

Xatırladaq ki, Azərbaycan yığması hazırda 9 xalla 2-ci pillədə qərarlaşıb, qalib gələcəyi təqdirdə 1-ci pilləyə yüksələcək.

Son xəbərlər

Orphus sistemi