Yuxarı

Prezident İlham Əliyev Azərbaycanın qadın voleybolçularının İtaliya millisi ilə oyununa baxıb - FOTO

Görüşün taleyi dördüncü setdə həll olundu. Bu seti Azərbaycan yığması 25:22 hesabı ilə qalib başa vurdu

Bakı. 17 İyun. REPORT.AZ/ Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, prezident İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qadınlardan ibarət Azərbaycan yığmasının İtaliya millisi ilə keçirdiyi görüşü izləyiblər.

“A” qrupunda yer alan Azərbaycan yığması İtaliya millisi ilə keçirdiyi görüşün birinci setində 25:22 hesabı ilə qalib gəldi. İkinci setdə 25:20 hesabı ilə rəqiblərindən üstün olan voleybolçularımız üçüncü setdə italiyalılara 22:25 hesabı ilə məğlub oldular. Görüşün taleyi dördüncü setdə həll olundu. Bu seti Azərbaycan yığması 25:22 hesabı ilə qalib başa vurdu.

Xatırladaq ki, ilk qarşılaşmasını Rumıniya yığmasına qarşı keçirən millimiz bu görüşdən qalib ayrılıb. İyunun 15-də isə qadın voleybolçularımız Polşa millisini 3:0 hesabı ilə məğlub ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi