Bakı. 13 İyul. REPORT.AZ/ "Birinci Avropa Oyunları çox maraqlı idman hadisəsi oldu". Bu barədə "Report"a Polşa
Onun sözlərinə görə, Oyunlar qısa bir müddətdə, yüksək səviyyədə və mükəmməl infrastrukturdan, ən müasir stadionlar və idman zallarından istifadə edilməklə keçirildi.
A.Krasnitski qeyd edib ki, İdmançılar kəndindəki hər bir şərait mükəmməl idi, nəqliyyatın hərəkəti yaxşı təşkil olunmuşdu: "Mən hesab edirəm ki, bu Oyunların keçirilməsi ilə Bakı dəyərli təcrübə əldə edib və əlbəttə, əgər gələcəkdə bunu arzu etsə, Olimpiya Oyunları və digər böyük idman tədbirlərinin keçirilməsi üçün mübarizə apara bilər".
A.Krasnitski, həmçinin Oyunların bağlanış mərasimi ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, mərasim olduqca parlaq təşkil olunmuşdu: "Rənglər, idmançıların paradı, atəşfəşanlıq hələ uzun illər bizim yaddaşlarımızdan silinməyəcək. Biz Bakını çox qonaqpərvər və mehriban bir şəhər kimi xatırlayacağıq. Bakıda polyaklara və Polşaya qarşı çox isti münasibət gördük".
Polşa idmançılarının Oyunlardakı çıxışlarını şərh edən Milli Olimpiya Komitəsinin rəhbəri deyib ki, ölkəsi daha yaxşı nəticə göstərə bilərdi, lakin Bakıda 20 medal qazandı (2 qızıl, 8 gümüş və 10 bürünc): "Təəssüf ki, idmançılarımız bir neçə şansı əldən verdi. Qırx iki ölkə burada medal qazandı və Polşa onların arasında 19-cu yeri tutdu. Bu nəticələri müqayisə etmək olmaz, çünki keçirilən Oyunlar ilk "pan-Avropa" oyunları idi".