​Polşa Gimnastika İttifaqı azərbaycanlı könüllüyə təşəkkür edib - VİDEO

​Polşa Gimnastika İttifaqı azərbaycanlı könüllüyə təşəkkür edib - VİDEO Bartolomey Geşi yarışda tullandıqdan sonra yerə düşən zaman Elçin Əlibəylinin tutması faciənin qarşısını alıb
Avropa Oyunları
613
23 İyun , 2015 17:36
​Polşa Gimnastika İttifaqı azərbaycanlı könüllüyə təşəkkür edib - VİDEO

Bakı. 23 iyun. REPORT.AZ/ Polşa Gimnastika İttifaqının prezidenti Barbara Stanislavişin "Bakı 2015" I Avropa Oyunlarının könüllüsü Elçin Əlibəyliyə təşəkkür edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Polşa Milli Olimpiya Komitəsinin mətbuat katibi Henrik Urbaş bildirib.

Qurumun rəhbəri vurğulayıb ki, polşalı gimnast Bartolomey Geşi yarışda tullandıqdan sonra yerə düşən zaman Elçin Əlibəylinin tutması faciənin qarşısını alıb.

Qeyd edək ki, iyunun 21-də sinxron tullanma yarışında polşalı idmançı tarazlığı itirərək, batutdan kənara düşəndə onu havada azərbaycanlı Elçin Əlibəyli tutub. Bununla da Bartolomey Geş ciddi xəsarətlərdən qurtulub.

Son xəbərlər

Orphus sistemi