Bakı. 23 iyun. REPORT.AZ/ "Ağır döyüş keçdi. Rəqib olduqca güclü idi". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan boksçusu Pərviz Bağırov deyib.
69 kq çəki dərəcəsində çıxış edən dəri əlcək sahibi 1/4 finalda almaniyalı boksçu Abass Baraou üzərində qələbəni belə şərh edib: "Döyüşün çətin keçəcəyini gözləyirdim. Yarımfinaldakı rəqibimi də tanıyıram. İnanıram ki, onu keçib finala yüksələcəm. Həmin rəqiblə məşqlərdə üz-üzə gəlmişik".
.