​Patrik Hikki: "Komitə üzvlərinin heç biri kənarda qalmayacaq"

​Patrik Hikki: "Komitə üzvlərinin heç biri kənarda qalmayacaq" Avropa Olimpiya Komitəsinin prezidenti Ermənistan idmançılarının Avropa Oyunlarına qatılmama ehtimalına münasibət bildirib
Avropa Oyunları
6 Fevral , 2015 15:10
​Patrik Hikki: Komitə üzvlərinin heç biri kənarda qalmayacaq

Bakı. 6 fevral. REPORT.AZ/ Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Ermənistan idmançılarının Avropa Oyunlarına qatılmama ehtimalına münasibət bildirib. "Report"un məlumatına görə, o, komitə üzvlərindən heç birinin kənarda qalmayacağını bildirib.

"Bizim 50 milli olimpiya komitəsi üzvümüz var. Onların heç biri kənarda qalmayacaq. Heç kimin buna şübhəsi olmasın", - komitə prezidenti deyib.

Qeyd edək ki, Ermənistan Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qatılıb-qatılmayacağı ilə bağlı son qərarını verməyib.

Son xəbərlər

Orphus sistemi