Yuxarı

​Patrik Hikki: "İkinci Avropa Oyunlarının keçirilməsinə üç dövlət iddialıdır"

Avropa Oyunlarını qəbul etmək istəyən şəhərlər gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasında olmayıblar

Bakı. 30 iyul. REPORTAZ / 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına üç dövlət ev sahibliyi etmək istəyini açıqlayıb.

"Report" Rossiyskaya qazetaya istinadən xəbər verirki, bu barədə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

"Hazırda biz üç ölkə, üç milli Olimpiya komitələri ilə danışıqlar aparırıq və hesabat hazırlayırıq. Həmin sənəd bizə hər bir variantı obyektiv qiymətləndirməyə imkan verəcək. Çox güman ki, ilin sonuna qədər yekun qərar qəbul ediləcək", - məlumatda deyilir.

Hikki bildirib ki, namizədlərin adları çox gizli məlumatdır. "Mən yalnız onu deyə bilərəm ki, Avropa Oyunlarını qəbul etmək istəyən şəhərlər gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasında olmayıblar, ona görə də, onları Bakı ilə heç cürə müqayisə etmək olmaz", - Avropa Olimpiya Komitəsinin prezidenti əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi