Yuxarı

Paralimpiyaçı cüdoçu Zakir Müslümov bürünc medal qazanıb

Zakir Mislimov yunanıstanlı rəqibi Klimis Papaxristosu ippon fəndinə salaraq vaxtından tez qalib gəlib

Bakı. 26 İyun. REPORT.AZ/ Avropa Oyunlarında gözdən əlil cüdoçuların yarışında daha bir təmsilçimiz medal qazanıb. "Report"un məlumatına görə, 90 kq-dan artıq çəkidəki yarışda təmsilçimiz Zakir Müslümov üçüncü yer uğrunda görüşə çıxıb.

O, yunanıstanlı rəqibi Klimis Papaxristosu ippon fəndinə salaraq vaxtından tez qalib gəlib. Beləliklə, Müslümov Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi