Paracüdo üzrə gümüş medalçı: "Yarımfinalda aldığım zədə səbəbindən final döyüşündə məğlub oldum"

Paracüdo üzrə gümüş medalçı: "Yarımfinalda aldığım zədə səbəbindən final döyüşündə məğlub oldum" "Hazırda həm axsayıram, həm də çiynimdə ağrı var"
Avropa Oyunları
27 İyun , 2015 12:54
Paracüdo üzrə gümüş medalçı: Yarımfinalda aldığım zədə səbəbindən final döyüşündə məğlub oldum

Bakı. 27 iyun. REPORT.AZ/ "Hazırda həm axsayıram, həm də çiynimdə ağrı var". Bunu "Report"a açıqlamasında Avropa Oyunlarının paracüdo üzrə gümüş medalçısı Səbinə Abdullayeva deyib.

O qeyd edib ki, ilk Avropa Oyunlarının tarixə düşməsindən məmnundur: "Xalqımızın bizə dəstəyi sayəsində finala çıxdım. Təəssüflər olsun ki, yarımfinalda aldığım zədə səbəbindən final döyüşündə məğlub oldum. Mən inanıram ki, xalqım məni başa düşər".

Qalibiyyətini anasına həsr etdiyini deyən S.Abdullayeva vurğulayıb ki, 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmağa çalışacaq: "Mən qızıl medala namizədlərdən biriyəm. Bir ay ərzində zədə müalicə olunacaq və məşqlərə başlayacam". 

Son xəbərlər

Orphus sistemi