Oleq Stepko: Artıq Azərbaycan gimnastlarından çəkinirlər - FOTO

Oleq Stepko: Artıq Azərbaycan gimnastlarından çəkinirlər - FOTO Azərbaycan qimnastı Avropa Oyunlarında üç medal qazandığı idman gimnastikasının sonuncu günü ilə bağlı fikirlərini bölüşüb.
Avropa Oyunları
20 İyun , 2015 21:21
Oleq Stepko: Artıq Azərbaycan gimnastlarından çəkinirlər - FOTO

Bakı. 20 İyun. REPORT.AZ/ Azərbaycan qimnastı Oleq Stepko Avropa Oyunlarında üç medal qazandığı idman gimnastikasının sonuncu günü ilə bağlı fikirlərini bölüşüb.

"Çox sevinirəm ki, bu gün bir dəst medal əldə etdim. Çox gərgin atmosfer vardı. Çıxışımı uğurla yekunlaşdırdım. Ümumilikdə çox məmnunam", - deyən Avropa Oyunlarının beşqat mükafatçısının sözlərinə görə, artıq Azərbaycan gimnastlarından çəkinirlər.

Qimnast, Azərbaycan prezidentinə, Gimnastika Federasiyasının və məşqçimin etimadını doğrulduğuna görə çox şadam olduğunu vurğulayıb.

"Azarkeşlərə də minnətdaram", - deyən Stepko, gimnastikanı inkişaf etdirməyə, uşaqları bu idman növünə cəlb etməyə çağırıb.

FOTO: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi