Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayacaq

Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayacaq Tədbirə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti də qatılacaq
Avropa Oyunları
18 Noyabr , 2014 20:22
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayacaq
Bakı. 18 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin (EOİC) 43-cü Baş Assambleyası öz işinə başlayacaq. "Report"un məlumatına görə, Baş Asssambleyaya Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax da qatılacaq.

Eyni zamanda iclasda EOC prezidenti Patrik Hikki, baş katib Rafaele Panyotsini, İOC-un baş katibi Qunilya Lindberq, Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, EOC-un “Olimpiya oyunları”, “Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, ”İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi, ”Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika” komissiyalarının sədrləri hesabat məruzələri edəcəklər.

Ümumi Asssambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun Bakı-2015 Avropa Oyunları barədə məlumatı və Əməliyyat Komitəsinin (BEGOC) hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Asssambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü “Pyotr Norivski” adına mükafatlar da təqdim olunacaq.

Qeyd edək ki, Baş Assambleyadan bir gün əvvəl - noyabrın 20-də “Fairmont Baku Flame Towers” otelində EOC İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıl başa catdıqdan sonra noyabr ayının 22-də saat 13:00-da isə mətbuat konfransı təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi