Yuxarı
    Bağlamaq

    Niderlandda I Avropa Oyunlarının təqdimatı keçirilib

    Təqdimatda 100-dən artıq tələbə iştirak edib

    Bakı. 25 may. REPORT.AZ/ Niderlandın Roterdam şəhərində yerləşən Roterdam Erasmus Universitetində  "Bakı 2015" I Avropa Oyunlarının təqdimatı keçirilib. Bu barədə "Report"a Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu universitetin Beynəlxalq Biznesin İdarəolunması və Beynəlxalq İqtisadiyyat və Biznes fakültələrində təhsil alan Yusif Əzimov və Toğrul Eyvazovun təşəbbüsü ilə təşkil olunub. Təqdimatda azərbaycanlı tələbələrlə yanaşı, Niderland, Belçika, Lüksemburq, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, İrlandiya, Almaniya, Avstriya, İsveçrə, İslandiya, Norveç, Polşa, Rusiya, Ukrayna, Çexiya, Bolqarıstan, Moldova, Rumıniya, Macarıstan, Serbiya, Çin, Tayvan, Koreya, Yaponiya, İndoneziya, Viyetnam, Hindistan, Nepal, Gürcüstan, Qazaxıstan, İran, Türkiyə, ABŞ, Kanada, Surinam, Braziliya və Kolumbiyadan olan 100-dən artıq tələbə iştirak edib.

    Təqdimat zamanı iştirakçılara "Bakı 2015" I Avropa Oyunları, oyunların mahiyyəti və oyunlarda əhatə olunacaq idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatın gedişatında Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx iştirakçıların diqqətinə çatdırılıb. İştirakçıların Avropa Oyunları ilə bağlı sualları cavablandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi