​Nazim Babayev: "İdmançı üçün Olimpiadada çıxış etməkdən yüksək bir şey ola bilməz"

​Nazim Babayev: "İdmançı üçün Olimpiadada çıxış etməkdən yüksək bir şey ola bilməz" "Məqsədim normativləri yerinə yetirməkdir"
Avropa Oyunları
22 İyun , 2015 21:30
​Nazim Babayev: İdmançı üçün Olimpiadada çıxış etməkdən yüksək bir şey ola bilməz

Bakı. 22 iyun. REPORT.AZ/ "Baxmayaraq ki, birinci yerə çıxdım, bu çox çətin idi. Çünki öz azarkeşlərimiz qarşısında çıxış edirdim".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında atletika yarışında üçtəkanla tullanmada birinci olan Nazim Babayev deyib.

Gənc atlet bildirib ki, bir müddət əvvəl zədəli olsa da, azarkeşlərin köməyi ilə çıxışını uğurla başa vurub. O, əsas məqsədlərindən birinin Rio-2016-ya qatılmaq olduğunu söyləyib:

"Məqsədim normativləri yerinə yetirməkdir. İdmançı üçün Olimpiya Oyunlarında çıxış etməkdən yüksək bir şey ola bilməz".

Qeyd edək ki, Nazim Babayev "Bakı 2015" I Avropa Oyunlarının atletika yarışında kişilər arasında üçtəkanla tullanmada birinci yerə sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi